Bakıda yaşayış binasında YANĞIN

10:26 17.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yaşayış binasında yanğın olub.

 

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, paytaxtın Binəqədi rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxtada quraşdırılan 6 ədəd su sayğacı və plastik kommunikasiya xətləri 21 p.m yanıb, yüksək temperaturdan mənzillərin 6 ədəd plastikdən ibarət şaxta qapıları deformasiyaya uğrayıb.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.